...

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 2 May 2014 10:34 (UTC +04:00)
Mayın 2-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Azərbaycan, Bakı, 2 may /Trend/

Mayın 2-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular Bakının Grand Prix "Formula 1" yarışlarına ev sahibliyi edəcəyi, beynəlxalq müdafiə sənayesi sərgisinin dünyanın müxtəlif ölkələrindən Azərbaycana mütəxəssislər cəlb edəcəyi, investisiya mühitinin yaxşılaşdırılması üçün Qazaxıstanın ölkədə bir sıra tədbirlər həyata keçirməsi, Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin qəbul edilməsi ilə bir çox problemlərin həllini tapacağı, həmçinin yay gəlmədən Azərbaycanda səyahət etməli yerlər və digər məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti