Azərbaycan, Bakı, 5 may /Trend/
Gecə saat 20:00 radələrində Qəbələ rayonuna yağan yağış və dolu kənd təsərrüfatına ciddi ziyan vurub.
Trend Kanal S-ə istinadən xəbər verir ki, güclü leysan daha sonra doluya çevrilib. Təxminən qırx dəqiqə ərzində davam edən dolunun çəkisi 30-40 qram olub. Dolu evlərə ziyan vurmasa da əkin sahələrinə və bağlarda meyvə ağaclarına ciddi ziyan vurub.
Şamaxıda bir anda başlayan göy gürültusu və ildırım ardınca güclü dolu yağıntısı ilə müşahidə olunub. Ani başlayan dolu bir anda güclənib. Dolu dənələri 1.5 sm böyüklüyündə olub. 6 dəqiqə davam edən dolu Şamaxıda həyatı iflic edib. Əhali arasında qorxu və həyacan yaşanıb. Evlərin dam örtüyü ziyan dəyməyib. Kənd təsərrüffatına da ağır zərbə vuran dolu meyvəçiliyin məhvinə səbəb olub. Dolu güclü leysanla əvəz olunub.
Rayonlarda elektrik enerjisinin verilişində problemlər yaranıb. Bəzi kəndlərə enerji verilişi dayandırılıb. Təsərrüfatlara dəyən ziyanın miqdarı hələlik dəqiq bilinmir.