...

Fransa Prezidentinin rəsmi səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 9 May 2014 12:56 (UTC +04:00)
Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq.
Fransa Prezidentinin rəsmi səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Mehdiyev/

Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mayın 11-i saat 17:00-dan mayın 12-si saat 16:00-dək paytaxtın bəzi küçə və prospektləri istiqamətində avtomobillərin hərəkətinə müəyyən fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

Bu müddətdə mayın 11-i saat 17:00-dan Aeroport şossesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Puşkin küçələri, Neftçilər və Nobel prospektləri, həmçinin həmin marşrut üzrə geriyə İçərişəhərə, mayın 12-də isə Mərdəkan, Buzovna, Zuğulba istiqaməti, Parlament prospekti, Heydər Əliyev prospekti istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyularaq istiqamət dəyişdiriləcək.

Bakı yol polisi bunları nəzərə alaraq, əhalidən, avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, bu istiqamətlər üzrə hərəkət edərkən ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti