...

Təhsil Nazirliyi işçi axtarır

Cəmiyyət Materials 12 May 2014 17:07 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunda aparıcı məsləhətçi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir.
Təhsil Nazirliyi işçi axtarır

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunda aparıcı məsləhətçi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir.

Trend nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu mayın 19-dək Təhsil Nazirliyində aparılır.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti