...

"İçərişəhər" intellektual oyunlar klubunun biliciləri Praqada beynəlxalq çempionatda uğur qazanıblar

Cəmiyyət Materials 14 May 2014 15:11 (UTC +04:00)

"İçərişəhər" klubunun komandası (kapitan Nigar İbrahimova) Praqada keçirilən "Büllur Qolem" beynəlxalq oyunlar festivalında uğurla çıxış edib.

Bilicilərimiz Breyn Rinq oyununun finalında İsrail komandasına 5:0 hesabı ilə qalib gələrək oyunda inamlı qələbə qazanıblar.

"Nə? Harada? Nə zaman?" oyunu üzrə keçirilən turnirdə "İçərişəhər" klubunun komandası yalnız cari dünya çempionlarına məğlub olaraq gümüş medal qazanıblar.

"İçərişəhər" klubunun təmsilçisi Aleksandr Korobeynikov "Fərdi oyun" yarışında birincilik qazanıb. İkinci yeri İlya Novikov ("Bakı" jurnalının yığma komandası) tutub, bürünc mükafata isə Əziz Mürşüdlü ("İçərişəhər") layiq görülüb.

Bu nüfuzlu festivalda bakılı bilicilərin iştirakı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi sayəsində mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti