...

Ələt qəsəbəsində səyyar görüş keçirildi (FOTO)

Cəmiyyət Materials 19 May 2014 12:33 (UTC +04:00)
16 may 2014-cü il tarixində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.
Ələt qəsəbəsində səyyar görüş keçirildi (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend/

16 may 2014-cü il tarixində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər. Keçirilmiş səyyar qəbulda 200-ə yaxın qəsəbə sakinləri iştirak edirdi.

Qəbula gələn qəsəbə sakinlərindən 17 nəfəri fərdi qaydada dinlənildi. Sakinlər qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi: "Baş Ələt stansiyası, F.Hüseynov küçəsini təchiz edən su xəttinin 1300 metrlik hissəsi yenisi ilə əvəz olunub, qəsəbə ərazisində 400-ə yaxın müxtəlif ağac və kollar əkilib. Hazırda 3-cü və 4-cü massivlərdə yeni qaz xətti çəkilişi işləri və mini futbol meydançasının və idman zalının tikintisi davam etdirilir".

Daha sonra o, sakinlərə Azərbaycan Respublikası Prezidentinin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti