...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin külli miqdarda dövlət vəsaitini israf etmiş vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

Cəmiyyət Materials 20 May 2014 11:42 (UTC +04:00)
İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin külli miqdarda dövlət vəsaitini israf etmiş vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin 358 min 866 manat məbləğində ünvanlı dövlət sosial yardımı qanunsuz olaraq artıq hesablayıb vətəndaşlara ödəməklə israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti