...

Azərbaycan İntellektual Oyunlar Klubunun növbəti çempionatı yekunlaşmaq üzrədir (FOTO)

Cəmiyyət Materials 23 May 2014 13:59 (UTC +04:00)
Azərbaycan İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı intellekt həvəskarları üçün həftənin 6-ci günləri bir sıra orta və ali ixtisas məktəblərində müxtəlif formatlı intellektual oyunlar təşkil edir.
Azərbaycan İntellektual Oyunlar Klubunun növbəti çempionatı yekunlaşmaq üzrədir (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

Azərbaycan İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı intellekt həvəskarları üçün həftənin 6-ci günləri bir sıra orta və ali ixtisas məktəblərində müxtəlif formatlı intellektual oyunlar təşkil edir. Tədris ili ərzində davam edən sinxron çempionat isə artıq bu həftə yekunlaşacaq.

Trend-in məlumatına görə, qaliblər çempionat üzrə ümumi reytinq cədvəlinə əsasən ən çox xal toplayan komandalar olaraq müəyyən edilir. Hər zaman olduğu kimi bu ildə iyun ayının əvvəllərində ayrı-ayrılıqda həm universitet üzrə həm sinxron çempionat həm də premier liqa üzrə ilk üç yeri tutan komandalar diplom və müxtəlif hədiyyələrlə təltif olunacaqlar.

"Sevindirici haldır ki, yarışlara qatılan komandaların və çempionata qoşulan təhsil müəssisələrinin sayı artır. Artıq oyunlarda peşəkarlaşmış oyunçular özləri öz komandalarını qururlar"- deyə Azərbaycan İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyev qeyd edib: "Klubumuz Bakı şəhəri üzrə tələbələrin cəlb olunmasına görə sıraları ən geniş olan klubdur. Komandalarımız ayrı-ayrı televiziya layihələri və müxtəlif turnirlərdə klubumuzu layiqincə təmsil edirlər".

Klub universitet, məktəb və müxtəlif regional intellektual klubları ətrafında birləşdirir. Qeyd edək ki, "Azərbaycan" İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan və respublikanın ali təhsil müəssisələri arasında keçirilən sinxron çempionat Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Kompüter Kolleci, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti və Azərbaycan Universitetində həftənin şənbə günləri təşkil olunur.

Nəzərinizə çatdıraq ki, tələbə çempionatında yüksək nəticələr göstərən komandalar bazar günləri AİOK tərəfindən təşkil olunan Azərbaycan və rus dillərində keçirilən premyer liqalarda təmsil olunma şansı əldə edirlər. Aydın Piriyevin sözlərinə görə premyer liqada mövsümə start verildikdən sonra yarışlara ümumilikdə 90-dan artıq komanda qatılıb. Ümümi nəticəyə uyğun olaraq klub tərəfindən ilk 3 komanda sertifikat və qiymətli hədiyyələrlə, iştirak edən bütün komandalar isə iştirak sertifikatı ilə təltif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti