...

Azərbaycanın internet provayderlərinə güzəştlərin tətbiqi nəzərdən keçirilir

Cəmiyyət Materials 24 May 2014 10:05 (UTC +04:00)
Azərbaycanın internet provayderləri sentyabr ayına dövlətdən güzəştli tariflər əldə etməyə ümid edir. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.
Azərbaycanın internet provayderlərinə güzəştlərin tətbiqi nəzərdən keçirilir

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın internet provayderləri sentyabr ayına dövlətdən güzəştli tariflər əldə etməyə ümid edir. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, hazırda internet provayderlərin təkliflər paketi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nəzərdən keçirilir.

İnternet xidmətləri tədarükçülərinin təkliflərində optik-lifli rabitə xətlərinin çəkilməsinə, kabel kanalizasiya sistemlərinin icarəsinə, rabitə operatorlarının telekommunikasiya qovşaqlarında quraşdırılmış provayderlərin telekommunikasiya avadanlıqlarının saxlanılması və texniki xidmətin göstərilməsinə xərclərin azaldılmasının vacibliyi qeyd edilir.

Mənbə qeyd edib ki, provayderlərin təklifləri nazirlikdə dəfələrlə müzakirə olunub: "Daha əvvəl nazirliyə təqdim olunmuş özəl şirkətlərin təklifləri qismən öz həllini tapıb. Söhbət rabitə xətlərinin çəkilməsi üzrə tariflərin azaldılmasından gedir. Nazirliyin bu məsələyə müsbət yanaşmasını birmənalı qeyd etmək olar. Ehtimal olunur ki, öz həllini tapmayan digər məsələlər üzrə də irəliləyişlər olacaq. Çox güman ki, bu, sentyabradək baş verə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti