...

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 31 May 2014 11:48 (UTC +04:00)
Bakının iki mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 31 may /Trend/

Bakının iki mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, bu gün saat 22:00-dan etibarən Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən həmin küçələrdə hərəkət tam məhdudlaşdırılacaq.

Sürücülərə Üzeyir Hacıbəyov küçəsinə alternativ olaraq 28 May küçəsindən istifadə etmələri tövsiyə olunur.

İşlərin səhərə qədər başa çatacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti