...

Türkiyədə ask.fm axtarış sisteminə giriş bağlanıb

Cəmiyyət Materials 3 İyun 2014 09:46 (UTC +04:00)
İyunun 3-nə keçən gecə Tükiyənin Telekommunikasiyalar Departamenti (TIB) ask.fm axtarış sisteminə girişi bağlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.
Türkiyədə ask.fm axtarış sisteminə giriş bağlanıb

Azərbaycan, Bakı, 3 iyun / Trend, müxbir R.Hafizoğlu /

İyunun 3-nə keçən gecə Tükiyənin Telekommunikasiyalar Departamenti (TIB) ask.fm axtarış sisteminə girişi bağlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.

Axtarış sistemini yükləməyə cəhd zamanı kompüterin ekranında ask.fm səhifəsinin müvəqqəti olaraq Telekommunikasiyalar Departamentinin qərarına əsasən bağlandığı barədə xəbərdarlıq meydana çıxır.

Ölkənin Telekommunikasiyalar Departamenti hələ ki axtarış sisteminə girişin bağlanmasi ilə bağlı rəsmi bəyanat verməyib.

Türkiyədə martın 21-də Twitter mikrobloqlar şəbəkəsinə giriş bağlanılıb. Şəbəkəyə giriş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu barədə bəyanatla çıxışından sonra bağlanıb.

Aprelin 3-də Türkiyənin Nəqliyyat və Telekommunikasiyalar Nazirliyi ölkədə "Twitter" şəbəkəsinə girişin bərpa edildiyi barədə məlumat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti