...

Gəncəyə Qafqaz dələləri gətirilib

Cəmiyyət Materials 9 İyun 2014 14:36 (UTC +04:00)
Zəngin bitki aləmi ilə insanları özünə cəlb edən Gəncənin Heydər Əliyev park kompleksinə Qafqaz dələləri gətirilib.
Gəncəyə Qafqaz dələləri gətirilib

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Zəngin bitki aləmi ilə insanları özünə cəlb edən Gəncənin Heydər Əliyev park kompleksinə Qafqaz dələləri gətirilib. 20 dələ parkda yaradılan canlı güşəyə buraxılıb.

Dələlərin qidalanması və nəsil artırmaları üçün parkda hər bir şərait yaradılıb. Növbəti həftə dələlərin sayının artırılması məqsədi ilə daha 50 dələ parka gətiriləcək. Yaxın zamanlarda isə parkın ərazisində yerləşən 7 hektar ərazini əhatə edən süni gölün yaxınlığında xüsusi heyvanat güşəsinin yaradılması planlaşdırılır. Ümumilikdə parkın ərazisi 450 hektardır.

Sözügedən kampaniya IDEA təşkilatı (International Dialogue for Environmental Action) və Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti