...

Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı keçirilir

Cəmiyyət Materials 17 İyun 2014 11:50 (UTC +04:00)
Trend-in məlumatına görə, qurultayı açıq elan edən Yazıçılar Birliyinin sədri Anar bildirib ki, qurultayda iştirak üçün 439 nümayəndə qeydiyyatdan keçib. Qurultayda xarici ölkələrdən nümayəndələr də iştirak edir.
Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı keçirilir

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı keçirilir.

Trend-in məlumatına görə, qurultayı açıq elan edən Yazıçılar Birliyinin sədri Anar bildirib ki, qurultayda iştirak üçün 439 nümayəndə qeydiyyatdan keçib. Qurultayda xarici ölkələrdən nümayəndələr də iştirak edir.

Əvvəlcə dünyasını dəyişən yazıçılar bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Azərbaycan dövlətinin himni səsləndirilib.

Birlik sədri bildirib ki, TÜRKSOY təşkilatı AYB-nin qurultayı və 80 illik yubileyi münasibətilə Azərbaycanın bir neçə ədibini - Xalq şairi Vaqif Səmədoğlu, Fikrət Qoca, yazıçı Mövlud Süleymanlı, Çingiz Abdullayev, Elçin Hüseynbəyli, Rəşad Məcid və s.-i mükafatla təltif edib.

AYB sədri deyib ki, birliyin nizamnaməsinə bir neçə əlavə edilib. Qurultayda həmin əlavələr müzakirə ediləcək. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinə sədr seçiləcək.

Qurultayda çıxış edən mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bildirib ki, milli mədəni zənginliyi qorumaq üçün əsərlərin yaradılması mühüm rol oynayır. Nazirin sözlərinə görə, Azərbaycanda yaradılan əsərlər düşüncələrin dəyişməsinə təsir göstərir: "Azərbaycan yazıçılarının keçdiyi yol qurultay iştirakçilarına yaxsı məlumdur. Gənc nəslin meydana çıxması xüsusi qeyd olunmalıdır. Yazıçılarımız Qarabağla, qaçqın və məcburi köçkünlərlə bağlı məlumatları obyektiv işiqlandırırlar".

Qurultayda Baş nazirin müavini Elçin Әfəndiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti