...

Əbülfəs Qarayev: Müasir Azərbaycan ədəbiyyatı dünyaya layiq olduğu səviyyədə təqdim edilmir

Cəmiyyət Materials 17 İyun 2014 13:37 (UTC +04:00)
Bəzən Azərbaycanda gənc yazar kimi təqdim edilən yazıçıların yaşı 50-ni ötmüş olur. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Әbülfəs Qarayev Bakıda Azərbaycan Yazıçılar Birliyinin bu gün keçirilən XII qurultayında çıxışı zamanı deyib.
Əbülfəs Qarayev: Müasir Azərbaycan ədəbiyyatı dünyaya layiq olduğu səviyyədə təqdim edilmir

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bəzən Azərbaycanda gənc yazar kimi təqdim edilən yazıçıların yaşı 50-ni ötmüş olur. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Әbülfəs Qarayev Bakıda Azərbaycan Yazıçılar Birliyinin bu gün keçirilən XII qurultayında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu gün bir neçə imzanı çıxmaq şərtilə müasir Azərbaycan ədəbiyyatı dünyaya layiq olduğu səviyyədə təqdim edilmir. Eyni zamanda, Azərbaycanın gənc nəsli müasir dünya ədəbiyyatının ən əhəmiyyətli hissəsindən xəbərsiz qalır. Bir sıra hallarda məşhur yazıçıların əsərləri çox bəsit şəkildə tərcümə edilir.

Nazir onu da vurğulayıb ki, ötən illər ərzində bəzi istedadlı gənc ədəbiyyatçılar uğurlara imza atıblar.

Ə.Qarayev onu da qeyd edib ki, bu gün Azərbaycan yazıçılarının uşaq ədəbiyyatına, dramaturgiyaya üz tutmalarını, Azərbaycanın müasir dövrünü əks etdirən əsərlər yazmalarını arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti