Bakıda müvəqqəti duracaqlarla bağlı tətbiq ediləcək yeniliklər son sınaq mərhələsindədir

Bakıda müvəqqəti duracaqlarla bağlı tətbiq ediləcək yeniliklər son sınaq mərhələsindədir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda müvəqqəti duracaqlarla bağlı tətbiq ediləcək yeniliklər son sınaq mərhələsindədir. Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev məlumat verib.

Onun sözlərinə görə, tətbiq ediləcək yeniliklər hazırda test mərhələsindədir: "Nəzərdə tutulan məsələlər tez bir zamanda həll olunacaq. Çünki bu məsələ təkcə bizdən asılı deyil, bizim tərəfdaşlarımız da var. Hazırda parkomatların quraşdırılması prosesi gedir, amma bununla yanaşı, ödəniş sistemlərinin testləri də aparılır ki, onlar daha geniş formada, məsələn, SMS, plastik kartlar və başqa ödəniş sistemləri də olsun. Artıq mobil telefonlarda boş parklanma yerlərini göstərəcək proqramlar hazırlanıb və onlar yoxlama mərhələsindədirlər. Yoxlama 1 ay, ay yarım ərzində aparılmalıdır ki, normal səviyyədə işə başlansın və sonradan hər hansı problem baş verməsin".

İdarə rəisi həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin qanunsuz parklanma ilə bağlı müvafiq göstərişindən sonra görülən tədbirlər nəticəsində ödənişli avtomobil duracaqlarından istifadə edənlərin sayı artıb. Bəzi yerlərdə isə artıq qiymətlər də aşağı salınıb: "Məsələn, Heydər Əliyev Sarayının arxasındakı duracaqda qiymətlər aşağı düşüb. Təbii ki, işə gələn adam istəyər ki, 8-9 saat avtomobilini belə bir təhlükəsiz yerdə saxlasın. Məsələn, səhər saat 8:00-dan axşam saat 20:00-a kimi 12 saat ərzində avtomobili saxlamağın aylıq qiyməti 30 manatdır. Yəni günə cəmi 1 manata düşür. Ödəniş aylıq deyil, gündəlik olanda, saatı 50 qəpik, 12 saatı 3 manatdır. Bu qiymətlər hələlik yalnız Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan parkinqlərə aiddir. Özəl parklama yerlərində isə qiymətləri onlar özləri təyin edirlər".

H.Abdullayev bildirib ki, bu günədək quraşdırılmış parkomatların sayı artıq 50-ni keçib və bu rəqəm gündəlik olaraq dəyişir. İlin sonunadək isə xaricdən 1000 parkomat gətirilərək quraşdırılacaq.

Onun sözlərinə görə, şəhər üzrə müvəqqəti duracaqlarda parkomatlar vasitəsilə ödənişlər 3 zona üzrə olacaq: "Hələlik yalnız 1-ci zona üzrə qiymətlər müəyyən edilib. İkinci zona isə yaxın günlərdə fəaliyyətə başladıqdan sonra həmin ərazilər üçün də qiymətlər elan ediləcək. Zonalar parkomatlar quraşdırıldıqca yaranacaq".

Departament rəhbəri paytaxt sakinlərinə müraciət edərək qoyulan qayda-qanuna riayət etmələrini xahiş edib: "Bakı şəhər sakinlərindən avtomobillərini park edərkən bir az mədəniyyətli olmalarını xahiş edirik. Bu işlər də ona görə görülür ki, şəhərin yollarında rahatlıq yaransın. Ona görə də xahiş edirik, bu işlərə maneçilik törədilməsin. Artıq hamı görür ki, şəhərin mərkəzi yollarında qanunsuz parklanmalar yığışdırılıb. Amma mən yenə də xahiş edərdim ki, sakinlər və avtomobil sahibləri, sürücülər bu işlərə anlayışla yanaşsınlar. Əks halda onlar yol polisi tərəfindən cərimə olunacaqlar. Artıq anlamaq lazımdır ki, dəyişikliklər gedir və bu dəyişikliklərə tabe olmaq lazımdır. Bu gün görülən bütün işlər vətəndaşlar üçündür. Artıq bir ay əvvəlki vəziyyətlə olan fərqi rahat sezmək olur. Artıq insanlar səkilərdən rahat keçir, uşaq arabaları ilə rahat gəzirlər. Əvvəllər bu, mümkün deyildi".

Xatırladaq ki, H.Abdullayev daha öncə Trend-ə bildirmişdi ki, Bakı sürücüləri müvəqqəti duracaqda boş yerlərin olduğunu telefon vasitəsilə öyrənə və ödəniş edə biləcəklər. Avtomobil sahiblərinə müvəqqəti duracaqlarda maşının saxlanması vaxtının bitdiyi barədə SMS göndərmək mümkün olacaq. Bundan əlavə, smartfonlar üçün əlavə proqramlar da tətbiq ediləcək ki, buınun vasitəsilə sürücülər hansı müvəqqəti duracaqda boş yerlərin olduğunu öyrənə biləcəklər. Həmçinin sürücülər ödənişləri telefonla ödəyə biləcəklər. Bundan başqa xüsusi təmassız kartlar da buraxılacaq ki, avtomobil parkomata yaxınlaşdıqda məbləğ avtomatik məsafədən tutulacaq. Həmin kartlarla balansı doldurmaq və onların vasitəsilə bütün parkomatlarda ödəmə etmək mümkün olacaq. Baş bir yenilik ondan ibarətdir ki, yollarda onlayn rejimdə işləyən elektron lövhələr qoyulacaq. Həmin lövhələr duracaqlardakı boş yerləri göstərəcək. Lövhədə küçənin adı yazılacaq və neçə boş avtomobil yerinin olduğu göstəriləcək. Müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə ödənişlər üçün 3 zona müəyyən ediləcək. Şəhərin mərkəzindən kənara getdikcə qiymətlər aşağı olacaq. Müvəqqəti duracaqda avtomobili saxlamaq üçün güzəştli qiymətlər yalnız yaxınlıqda yaşayan sakinlər üçün tətbiq ediləcək.

Bütün bu işlərin bu ilin payız mövsümünədək görülüb bitirilməsi və ilin axırına kimi sistemin tam şəkildə işə salınması nəzərdə tutulur.

Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bakıda 27 yaşlı qadın itkin düşüb
Karantini pozan restoran dörd min manat cərimələndi
Karantini pozan restoran dörd min manat cərimələndi
Loading Bars
Xəbər lenti
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanla Rusiya arasında yeni aviareyslər açılır (SİYAHI)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Karantini pozan restoran dörd min manat cərimələndi
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
ƏƏSMN vətəndaş müraciətlərinin sayını açıqlayıb
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb
Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb
Qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Hindistanda qar uçqununda 11 nəfər həlak olub
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Meksika Milli Tarix və Coğrafiya Akademiyasında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş təqdimat olub (FOTO)
Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub (FOTO)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib
NASA gələn il Aya ilk uçuşu planlaşdırır
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq
Facebook-un mümkün yeni adı məlum oldu
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb
Türkiyədə son sutkada koronavirusdan 30 302 nəfər sağalıb
Pakistanın şimal-şərqində iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
Gəncə sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr
"Apple" ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Xalq artisti Canəli Əkbərov vəfat edib
ABŞ-da Əfqanıstanlı qaçqınlara yardım üçün 976 milyon dollara qədər vəsait ayrılacaq
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Ağdam sakini bıçaqlanıb
Şərqşünaslıq İnstitutunun əməkdaşı Liviyada beynəlxalq konfransda çıxış edib (FOTO)
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib (FOTO)
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Eldəniz Səlimovun ibtidai istintaqı tamamlanıb, cinayət işi məhkəməyə göndərilib
İsveçdə reper güllələnib
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib (FOTO/VİDEO)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 112 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Moskvada 20-yə yaxın aviareys təxirə salınıb
Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi
Şirvanda "patı" satan şəxs saxlanılıb
Zəngəzur dəhlizi, Moskvada üçtərəfli İşçi Qrupun səkkizinci görüşü - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub (FOTO)
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi (FOTO/VİDEO)
Emin Hacıyev MDB parlamentarilərinə Qarabağın bərpasından danışdı (FOTO)
Azərbaycan-İran sərhədinin azad olunan hissəsində aşkarlanan minaların sayı açıqlanıb (FOTO)
AzMİU-da koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb (FOTO)
Saatlıda Nərimanov kəndi və məcburi köçkün qəsəbəsinin içməli su təchizatı yenilənib (FOTO)
“İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü təşkil olunub (FOTO)
Havanın temperaturu aşağı enəcək, bəzi rayonlara qar yağacaq
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü
Dövlət qulluğunda 209 vakansiya üzrə müsahibələrin vaxtı müəyyənləşib
AzMİU-nun kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib (FOTO)
İstehlaka yararsız qida məhsulları məhv edilib
Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirib
İqtisadiyyat naziri 7-ci Dünya İnvestisiya Forumunda çıxış edib (FOTO)
Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
Təhsillə bağlı iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub (FOTO)
Abşeronda minik avtomobili yanıb
Şəhid general Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb (FOTO)
Xırdalanda iki nəfərin öldüyü kütləvi davanın digər iştirakçılarına da hökm oxundu
Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib
Turistlərin sevimli məkanı İçərişəhərdən FOTOREPORTAJ
Abşeronda şəhidlərə il mərasimi keçirilib (FOTO)
FHN-in Zığdakı hospitalının sabiq baş həkiminin məhkəməsində şahidlər dindirildi
Gəncənin sabiq icra başçısına sui-qəsddə təqsirləndirilən 3 nəfərin cəzası azaldıldı
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Azərbaycan Türkiyə ilə minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək - Vüqar Süleymanov
Ölkə üzrə payız ağac əkininə başlanılıb (FOTO)
Ötən ilin noyabrından indiyədək 18 min hektardan çox ərazi təmizlənib - ANAMA sədri
Bakı sakinləri eyvanlarından Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı salamladılar (FOTO)
Dövlət Xidmətinin keçmiş rəisi mənimsədiyi 6 milyon manatı ödəyib
Azərbaycan nümayəndə heyəti Özbəkistanda prezident seçkilərini müşahidə edir
Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar - Şəhid Xudayarın anası
KOBİA Azərbaycanda alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır
Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni antirekord qeydə alınıb
Bakıda daha bir məktəb distant tədrisə keçib
Bütün xəbərlər