...

Azərbaycanda rəqəmsal TV siqnalının zəif qəbul olunduğu yaşayış məntəqələrinin siyahısı hazırlanıb

Cəmiyyət Materials 20 İyun 2014 10:00 (UTC +04:00)
Dövlət Radiotezliklər İdarəsi (DRİ) rəqəmsal TV siqnalının zəif qəbul olunduğu yaşayış məntəqələrini müəyyənləşdirib.
Azərbaycanda rəqəmsal TV siqnalının zəif qəbul olunduğu yaşayış məntəqələrinin siyahısı hazırlanıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir H.Vəliyev/

Dövlət Radiotezliklər İdarəsi (DRİ) rəqəmsal TV siqnalının zəif qəbul olunduğu yaşayış məntəqələrini müəyyənləşdirib. Bu barədə Trend-ə İdarədən deyiblər.

DRİ-dən bildiriblər ki, monitorinqin nəticələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyinə təqdim edilib. Qurumun struktur bölmələri əldə edilmiş nəticələr əsasında rəqəmsal televiziya siqnalının əhatə dairəsini genişləndirəcək.

İB-dən qeyd ediblər ki, işlər Xızı, Şamaxı, Siyəzən, Quba, İsmayıllı, Qax, Cəlilabad, Yardımlı, Astara, Göygöl, Gədəbəy, Qazax, Tovuz və Daşkəsən rayonlarının yaşayış məntəqələrində (xüsusilə kənd yerlərində) aparılacaq.

Birliyin planlarına əsasən, qeyd olunan rayonlarda rəqəmsal TV-nin yeni ötürücü aparatları ilin sonunadək işə salınacaq. Avadanlıq qismən alınıb və hazırda quraşdırma işləri aparılır.

Hazırda respublika əhalisinin təqribən 98 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti