...

Azərbaycan Səhiyyə Nazirliyi 69 sahibkarı cərimələyib

Cəmiyyət Materials 24 İyun 2014 12:09 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi may ayı ərzində yeyinti sahəsində fəaliyyət göstərən 69 müəssisənin sahibkarını inzibati qaydada cərimələyib.
Azərbaycan Səhiyyə Nazirliyi 69 sahibkarı cərimələyib

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi may ayı ərzində yeyinti sahəsində fəaliyyət göstərən 69 müəssisənin sahibkarını inzibati qaydada cərimələyib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, həmin sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduqları, laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullarıistehsal etdiklərinə görə cərimələniblər.

Mayda 8 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 9 iş istintaq orqanına verilib.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 299, mikrobioloji göstəricilərinə görə 298 yeyinti məhsulundan nümunə götürülüb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə yoxlanılan nömunələrin 8-də, mikrobioloji göstəricilərinə görə yoxlanılan nümunələrin 2-nin nəticələri qeyrı-kafi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti