...

Azərbaycanda balıqçılıqla məşğul olanlar üçün güzəştlər tətbiq ediləcək

Cəmiyyət Materials 25 İyun 2014 10:56 (UTC +04:00)
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, "Balıqçılıq haqqında" qanuna dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Azərbaycanda balıqçılıqla məşğul olanlar üçün güzəştlər tətbiq ediləcək

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının qanunvericliiyi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlər akvakultura (balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması, bərpası və rekreasiya üzrə fəaliyyət) ilə məşğul olan fiziki və hüquqi şəxslərə də şamil ediləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, "Balıqçılıq haqqında" qanuna dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, balıqçılığın iqtisadi tənizmlənməsi məqsədilə akvakulturanın iqtisadi stimullaşdırılması planlaşdırılır.

Layihədə qeyd edilir ki, akvakultura məhsulunun rəqabət qabiyyətini təmin etmək üçün fiksal siyasət həyata keçiriləcək.

Layihəyə əsasən, akvakultura balıqçılıq su obyektlərində bioloji və texniki əsaslandırma əsasında həyata keçiirlir. Bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu tutulur. Akvakultura üçün bioloji və texnoloji əsaslandırma nərəkimilərə münasibətdə 25 illik, başqa növ və digər su bioresurslarına münasibətdə isə 10 illik müddətə hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti