...

Xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarov Bakı Ali Neft Məktəbində olub (FOTO)

Cəmiyyət Materials 25 İyun 2014 11:06 (UTC +04:00)
Azərbaycan Respublikasının xalq rəssamı, məşhur heykəltəraş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və prorektoru Səlhab Məmmədov Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşmüşdür.
Xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarov Bakı Ali Neft Məktəbində olub (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Respublikasının xalq rəssamı, məşhur heykəltəraş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və prorektoru Səlhab Məmmədov Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşmüşdür.

Qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov, Ömər Eldarovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermiş, onun Azərbaycanın elm və mədəniyyətinin inkişafında göstərdiyi misilsiz xidmətlərindən bəhs etmişdir. O bildirmişdir ki, Ö.Eldarov öz yaradıcılıq fəaliyyəti və xidmətləri ilə dünya şöhrətli heykəltaraşa çevrilmiş və Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görmüşdür. E.Qasımov qeyd etmişdir ki, onun yaratdığ möhtəşəm əsərlər yalnız Azərbaycanda deyil, digər ölkələrdə də yerləşdirilmişdir.

Daha sonra BANM-in rektoru Elmar Qasımov qeyd etmişdir ki, bu il təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycanın bugünkü iqtisadi inkişafına böyük təsir göstərən, "Əsrin müqaviləsi"nin imzalanmasının 20-ci il dönümü münasibəti ilə Bakı Ali Neft Məktəbi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə rəsm müsabiqəsi keçiriləcəkdir.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının xalq rəssamı, məşhur heykəltəraş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov BANM-ə dəvət edildiyi və yüksək səviyyəli görüş təşkil etdiyinə görə BANM-in rektoru E.Qasımova öz dərin təşəkkürünü bildirmişdir. Azərbaycanda heykəltaraşlıq sənəti haqqında danışan Ö.Eldarov qeyd etmişdir ki, incəsənətin bu növünə Azərbaycanda meyl o qədər yüksək olmasa da Azərbaycanın bu sahədə dünyada tanınan çox məhşur heykəltəraşaları var və gələcəkdə də olacaqdır.
Görüşün sonunda qonaq BANM-nin professor-müəllim və tələbə heyətinin çox saylı suallarını cavablandırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti