Yeni sədr: "İrəli" İctimai Birliyi Prezident İlham Əliyev siyasətini dəstəkləməyə hazır təşkilata çevriləcək

Yeni sədr: "İrəli" İctimai Birliyi Prezident İlham Əliyev siyasətini dəstəkləməyə hazır təşkilata çevriləcək

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

"İrəli" İctimai Birliyi Prezident İlham Əliyev siyasətini dəstəkləməyə hazır təşkilata çevriləcək. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "İrəli" İctimai Birliyinin IV hesabat-seçki konfransında təşkilatın növbəti 2 il üçün yeni sədri seçilmiş Mirhəsən Seyidov deyib.

M.Seyidov "İrəli" İB-nin bundan sonrakı fəaliyyətində vacib yeddi əsas istiqamətin olacağını açıqlayıb: "Birincisi, "İrəli" İB Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda bu siyasi kursun davamçısı olan hamımızın Prezidenti cənab İlham Əliyev tərəfindən dəstəklənmiş gənclər siyasətinin inkişafında yaxından iştirak edərək, müəyyənləşdirilmiş strateji vəzifələrin həyata keçirilməsində gənclərin rolunu daha da inkişaf etdirəcək. İkinci istiqamət odur ki, "İrəli" Azərbaycanın işğal altında olan torpaqlarının, ərazi bütövlüyünün, Dağlıq Qarabağ münaqişəsinin yerli və beynəlxalq müstəvidə tanınması, qaçqın və məcburi köçkün gənclərimizin hüquqlarının bərpası və qanlı tariximizin unudulmayacağı gənclərin təşkilatına çevriləcək".

Onun sözlərinə görə, üçüncüsü, "İrəli" informasiya cəmiyyətinin sürətlə formalaşdığı bu günümüzdə, gənclərdə müasir düşüncə tərzinin formalaşması, gənclərin yeni innovasiya brendinin yaradılması, sağlam düşüncəli gəncliyin inkişafı, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunması və ən əsası, gənclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi yönümündə dayanmadan irəliyə doğru addımlayacaq: "Dördüncüsü, "İrəli" gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, vətənpərlik və vətəndaşlıq tərbiyəsinin səmərəsinin artırılması üçün əzmlə çalışacaq".

M.Seyidov qeyd edib ki, beşinci istiqamət odur ki, "İrəli" istər yerli, istərsə də beynəlxalq səviyyədə azərbaycançılıq, dövlətçilik, milli-mənəvi dəyərlərin qorunması, beynəlxalq platformalarda ölkənin ictimai və siyasi maraqlarının qorunması, mədəni və tarixi irsinin təbliğ olunması və beynəlxalq rəqabətə davamlı gəncliyin formalaşdırması istiqamətində dayanmadan çalışacaq: "Altıncısı, "İrəli" Azərbaycan Respublikasının regionlarında, ucqar dağ kəndlərində və paytaxt rayonlarında gənclərin birbaşa iştirakı ilə qərar qəbul etmə prosesində gənclərin rolununun artırılması üçün yeni imkanlar yaradacaq və gənclərin proqressiya, modernləşmə sütunlarının təməl sütununa çevriləcək. Yeddinci əsas istiqamət isə budur ki, "İrəli" Azərbaycanda fəaliyyət göstərən, gənclərin fəaliyyətlərini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən bütün dövlət qurumları, qeyri-hökümət təşkilatları və gənclər təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirərək əməkdaşlıqlarını artıracaq və Azərbaycanın gənclər siyasətinə birgə töhfə verməyə, cənab Prezident İlham Əliyev siyasətini dəstəkləməyə hazır təşkilata çevriləcək".

M.Seyidov bildirib ki, artıq komandanın qarşıya qoyduğu hədəflər müəyyənləşdirilib və ən böyük hədəflərdən biri də belədir: "İrəli" müstəqil Azərbaycan gəncliyinin təşkilatına çevriləcək".

Kütləvi informasiya vasitələri ilə münasibətlərə tam açıq olacağını deyən "İrəli" İB-nin yeni sədri dövlət qurumları və QHT-lərlə əməkdaşlığını davam etdirəcək, sonrakı fəaliyyəti daha açıq olacaq. Eyni zamanda, biz Azərbaycanın beynəlxalq müstəvidə də maraqlarının qorunması, Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması faktlarının dünyaya çatdırılması, eləcə də "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının daha dərindən dəstəklənməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".

Bundan əvvəl "İrəli"nin adının bəzi şəbəkələrlə hallandırılması ilə əlaqədar bundan sonrakı fəaliyyətini necə quracağı ilə bağlı suala cavabında isə M.Seyidov qeyd edib ki, Azərbaycanın gənclər siyasətinə tam səmimi olaraq 8-9 il bundan əvvəl könüllü olaraq qoşulub. 8-9 il bundan əvvəl reallıqda heç bir məqsəd güdmədən Azərbaycan gənclər siyasətinin dəstəkləməsi üçün əlindən gələni edib. Bundan sonrakı istiqamətində də fəaliyyətini davam etdirəcək. İB-nin bundan əvvəl hansı istiqamətlərdə fəaliyyət göstərdiyi yeni sədri maraqlandırmır. Yeni sədrin öz prioritetləri var və bu istiqamət üzrə öz işini davam etdirəcək.

Qeyd edək ki, M.Seyidov bundan əvvəl Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədr müavini vəzifəsində fəaliyyət göstərib.

“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Loading Bars
Xəbər lenti
Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır
Bakıda fərdi ev yanıb
Bayden cari əsrin "amerikan yüzilliyi" olmağına əmindir
Polşa "Cənub Qaz Dəhlizi"nin gələcək inkişafını dəstəkləyəcək - Səfir
Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ilin sonuna qədər uzadılır
Braziliyada "Boeing 737-8 MAX" təyyarəsinin istifadəsi bərpa edilir
Filipo Qrandi daha 2.5 il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri təyin edildi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 527 mindən çox artıb
Çempionlar Liqasında "Bavariya" "Zalsburqa" qalib gəldi və play-off mərhələsinə keçdi
Moskvada koronavirusdan ölənlərin sayı 8 600 nəfəri ötüb
"Mançester Siti" "Olimpiakos"u məğlub edərək 1/8 finala yüksəldi
Qətər əmiri Türkiyəyə səfər edəcək
Ankara Cənubi Qafqazda sülh və sabitlik naminə səylərini davam etdirəcək
Cəbhəboyu ərazilərdə xeyli sayda partlamamış mina və sursat aşkarlanıb
Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil
Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü yayılıb (FOTO/VIDEO)
Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN
Əsgərin sevdiyi qızın anasına müraciəti (VİDEO)
Qələbəyə bir gün qalmış və ya İnqilabın Qəmzəsi... - Şəhidlə olmayan müsahibə (VİDEO)
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb (FOTO/VİDEO)
“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə (FOTO)
Dieqo Maradona vəfat edib
Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək
Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir
22 obyektdə epidemiya əleyhinə rejim pozulub - İqtisadiyyat Nazirliyi
Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməyə davam edir - Tamam Cəfərova
Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq
Azərbaycan Ordusu düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur etdi - Adil Əliyev
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib
Bakıda qəza: Yolda sıxlıq var
Heç kim həqiqəti ermənilərə anlatmaq gücündə deyil - Deputat
Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı uğurla davam etdirilir (FOTO)
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb
Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi
Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər
Azərbaycanda 3 469 nəfər COVID-19-a yoluxub, 1 229 nəfər sağalıb, 30 nəfər vəfat edib
Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycanın siyasi partiyaları Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar
DYP texniki baxışla bağlı sürücülərə müraciət edib
27 il 7 aydan sonra Kəlbəcərimiz vandal, quldur düşmənlərimizdən təmizləndi - Cavid Qurbanov
Azərbaycan enerji sektorunda bazar islahatları üzrə seminar keçirilib (FOTO)
Tərtər rayonunun Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı (FOTO)
Dünya ictimaiyyəti Ermənistanın tarixi və dini abidələrimizin məhvinə yönəlmiş terror siyasətini kəskin şəkildə pisləməlidir - Vüqar Rəhimzadə
Fransa Senatının Rəyasətində qəbul edilən qətnamə layihəsi Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlikdir - Rauf Əliyev
Gəncədə evdən kişi meyiti tapılıb
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək (FOTO)
Bakı Dövlət Universitetinin dekanı COVİD-19-dan ölüb
Şuşada 27 ildən sonra ilk taksimiz (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək
Qarabağın turizm potensialı beynəlxalq sərgidə təqdim edilib
Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb
Noyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla tələbələrin onlayn görüşü keçirilib (FOTO)
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
Lənkəranda sitrus bağlarına qənim kəsilənlər saxlanılıb
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi - Deputat
Direktor vəzifəsinə işə qəbulla bağlı son 3 ilin nəticələri açıqlandı
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq - Xidmət rəisi (ÖZƏL)
“Vətən müharibəsində möhtəşəm Qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında tədbirlər keçirilib (FOTO)
Abşeron, Binəqədi və Sabunçu rayonlarına içməli su məhdudiyyətlə veriləcək
Biləsuvarın sabiq icra başçısının məhkəməsi başlayıb
DOST Agentliyi ESSA mükafatçılarının finalçıları siyahısındadır
BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək
Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı
Azərbaycanda iki yeni sitrus meyvəsinin kütləvi yetişdirilməsinə başlanılıb
Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayacaq
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri (FOTO/VİDEO)
Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev
Xilaskar Prezident
Şəmkir sakinindən silah götürülüb (FOTO)
Azərbaycana daha 5 zubr gətirilib (FOTO/VİDEO)
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlanıb
Astarada daha 2 koronavirus xəstəsi yaşayış yerini tərk edib
Kəlbəcər sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək
Kəlbəcərin işğaldan azad edilməsi strateji, siyasi və iqtisadi baxımdan böyük qələbədir - Alim
Ödənişləri PAŞA Bank kartı ilə etmək üçün daha bir səbəbiniz var!
Dövlət Gömrük Komitəsinin sədri İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir
Məşhur rusiyalı aktyor koronavirusa yoluxub
Naxçıvan Muxtar Respublikasının statistik göstəriciləri açıqlanıb
Azərbaycan dilinin xarici dil imtahanı kimi ərsəyə gətirilməsi əcnəbi tələbələrin sayının artmasına şərait yaradacaq - DİM sədri
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib - Səfir
Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi
Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə
Merkelin iqamətgahına avtomobil çırpıldı - İclas təxirə düşdü (FOTO)
Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan ərazilərimizdən çıxsın - Deputat
Beynəlxalq layihə hazırlanmasa, yoxsul insanların peyvənd əldə etməsi çətin olacaq - Əli Əhmədov
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - Rəsmi cavab
Sabahın hava proqnozu açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan
Bütün xəbərlər