...

Park Cinema-dan biletlərin bron edilməsində yenilik

Cəmiyyət Materials 7 İyul 2014 15:03 (UTC +04:00)
Azərbaycanın yeganə və populyar kinoteatrlar şəbəkəsi olan və kinosevərləri daim yeni-yeni xoş sürprizlərlə təccübləndirməkdə davam edən Park Cinema PLATINIUM toplanma bonus kart sahibləri üçün möhtəşəm yenilik təklif edir.
Park Cinema-dan biletlərin bron edilməsində yenilik

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycanın yeganə və populyar kinoteatrlar şəbəkəsi olan və kinosevərləri daim yeni-yeni xoş sürprizlərlə təccübləndirməkdə davam edən Park Cinema PLATINIUM toplanma bonus kart sahibləri üçün möhtəşəm yenilik təklif edir. Bu barədə açıqlama verən Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev Platinium bonus kart sahiblərinin biletlərin alışı zamanı inzibati bron imkanından yararlana biləcəklərini qeyd edib. " Biz Azərbaycanda ilk dəfə Park Cinema kinoteatrları şəbəkəsinin Platinium kart sahiblərinə biletlərin alışı zamanı inzibati bron imkanından faydalanmağı təklif edirik. İndiyədək istənilən bir müştəri bron etdiyi bileti seansın başlanmasına ən geci 40 dəqiqə vaxt qalmışa qədər almazdısa həmin bron ləğv olunurdu. İyulun 10-dan etibarən Platinium kart sahibləri bron etdikləri bileti seansın başlandığı an belə əldə edib filmi seyr etmək imkanı qazanırlar", - deyə Namiq Quliyev vurğulayıb.

Park Cinema kinoteatrlar şəbəkəsinin bonus proqramı barədə məlumat verən Namiq Quliyev bu proqrama 2012-ci il noyabrın 30-dan etibarən start verildiyini qeyd edib. "Hazırda 115 min kart istiadəçisi var. Qızıl kart sahibərinin sayı 1000, platinium kart sahiblərinin sayı isə 500 nəfər təşkil edir", - deyə N.Quliyev vurğulayıb.

Namiq Quliyev 2012-ci ildən başlanan bonus proqramının Park Cinema kinoteatrlar şəbəkəsinin daimi müştərisi olan kinosevərlər üçün nəzərdə tutulduğunu qeyd edərək, hazırda bu proqramın iştirakçılarının sayının 115 min nəfəri keçməsindən məmnunluq hissi keçirdiklərini vurğulayıb.

"2 il əvvəl biz bonus proqramına başladıqda bunun kinosevərlər üçün faydalı olacağına inanırdıq. Lakin indi, iki ildən sonra bonus proqramının miqyası bizim bütün gözləntilərimizi üstələdi. Kart sahiblərinin sayının artması vətəndaşların Park Cinema kinoteatrlar şəbəkəsinə üstünlük verməsinin, məncə ən yaxşı nümunəsidir və bu hal bizi çox sevindirir", - deyə N.Quliyev söyləyib.

Park Cinema kinoteatrlar şəbəkəsinin bonus proqramı haqqında məlumat verən N.Quliyev üç statusda - standart, gold və Platinium kartların mövcud olduğunu bildirib. "İlkin mərhələdə, "kart" öz sahibin hesabına, ümumi biletin dəyərinin 7.5% ball miqdarında güzəşt qazandırır. Sonra, kart sahibi, kartın balansına 20 manat toplayanda təzə GOLD kartı əldə edir və öz istəyinə görə balların toplanmasına davam edə bilər 10% güzəşt ilə ya da balları biletlərə dəyişə bilər. Növbəti PLATİNUM mərhələyə keçmək üçün bonusları 50 manat məbləginə catdırmaq lazimdir. PLATİNUM kartı ümumi məbləğdən 12.5% güzəşt qazandırır", - deyə N.Quliyev qeyd edib.

"Kart"ın biletlərin alındığı zaman təqdim edildiyini söyləyən N.Quliyev mövcud kartların gələcəkdə, şəbəkənin yeni açılacaq kinoteatrlarında da istifadə oluna biləcəyini vurğulayıb.

Bron üçün nömrə: 00994 12 598 74 14

Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hazırda şəbəkə 3 kinoteatr, (Park Bulvar, Metropark, Amburan) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Park Cinema kinoteatrlar şəbəkəsinin sayca 4-cü kinoteatrında Park Cinema Zaqulbada 4 zal, 600 kreslo var. Zalların hər biri ən son texnologiyalarla təchiz olunub. Park Cinema Fıame Tower isə şəbəkənin 6-cı kinoteatrıdır. Kinoteatrın bir zalı İMAX texnalogiya ilə təchiz olunub. 1000 oturacaqlı kinoteatr Azərbaycan kino bazarında tamamilə yeni səhifə açacaq.

Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti