...

Bu ilin I yarısında dövlət vergi orqanlarına 47625 müraciət daxil olub

Cəmiyyət Materials 10 İyul 2014 12:33 (UTC +04:00)
2014-cü ilin 1-ci yarımilliyi ərzində dövlət vergi orqanlarına 47625 müraciət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9% çoxdur.
Bu ilin I yarısında dövlət vergi orqanlarına 47625 müraciət daxil olub

Azərbaycan, Bakı, 10 iyul /Trend/

2014-cü ilin 1-ci yarımilliyi ərzində dövlət vergi orqanlarına 47625 müraciət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9% çoxdur.

Vergilər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlərin 98,4%-i ərizə, 1,4%-i şikayət, digərləri təklif olmuş, 146 şikayətin icrası xüsusi nəzarətə götürülmüşdür. Müraciətlərin 73,7%-i müsbət həll olunmuş, 15,5%-i barədə müvafiq izahatlar verilmiş, 4,4%-i əsassız sayılmış, 1,4%-i qismən həll olunmuş, 0,8%-i aidiyyəti üzrə göndərilmiş, 4,2%-i icradadır.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin 231-i eyni, 44-ü təkrardır, yəni faktiki olaraq şikayətlər cəmi 403 məsələ barədədir. Daxil olan şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,2% azalmışdır. Ümumilikdə şikayətlərin 33,7%-i əsassız sayılmış, 39,5%-i üzrə müvafiq izahatlar verilmiş, 11,8%-i müsbət həll olunmuş, 5%-i aidiyyəti üzrə göndərilmiş, 0,6%-i qismən həll olunmuş, 9,4%-i icradadır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından nazirliyin aparatına 183 müraciət, o cümlədən 103 ərizə, 80 şikayət daxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu müraciətlərin ümumi sayı 11,6%, ərizələrin sayı 16,9%, şikayətlərin sayı isə 3,6% azalmışdır.

2014-cü ilin 1-ci yarımilliyi ərzində Vergilər Nazirliyində 442 vətəndaş qəbul edilmişdir. Qəbul edilmiş vətəndaşların müraciətlərinin 72,5%-i maddi yardım almaq, şəxsi və digər məsələlər, 21%-i vergi orqanlarında işə qəbul olunma, 4,5%-i iş yerinin dəyişdirilməsi, 2%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət ilə əlaqədar olmuşdur.

Vergilər naziri Fazil Məmmədov tərəfindən cari ilin birinci yarısında Mingəçevir, Sabirabad, Göyçay və Xaçmaz rayonlarında ümumilikdə 200 nəfərdən çox vətəndaş qəbul edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti