...

Qazax rayon məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

Cəmiyyət Materials 17 İyul 2014 19:52
Məhkəmə-Hüquq Şurasından Trend-ə verilən məlumata görə, bu barədə qərar Şuranın bu gün keçirilən iclasında verilib.
Qazax rayon məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Qazax rayon məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Məhkəmə-Hüquq Şurasından Trend-ə verilən məlumata görə, bu barədə qərar Şuranın bu gün keçirilən iclasında verilib.

Məlumatda bildirilir ki, iclasda hakimlər barədə intizam icraatlarına baxılıb, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiyinə və qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax rayon məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, habelə yol nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi Anar Qasımova və Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi Nuru Quliyevə irad tutulub, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiklərinə görə 6 digər hakim barədə intizam icraatı başlanılıb.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda yeni qanunvericilikdən irəli gələn məsələlər və bu sahədə Məhkəmə-Hüquq Şurasının vəzifələri müzakirə olunub, yeni normaların məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da güclənməsində mühüm rolu qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti