...

Lerikdə baş verən yanğın lokallaşdırılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 23 İyul 2014 10:08 (UTC +04:00)
21 iyul 2014-cü il tarixində Lerik rayonunun yüksək dağlıq ərazisindəki Piran kəndində bələdiyyə torpaqlarında başlamış, sonradan meşə fondu torpaqlarına keçmiş yanğınla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib.
Lerikdə baş verən yanğın lokallaşdırılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

21 iyul 2014-cü il tarixində Lerik rayonunun yüksək dağlıq ərazisindəki Piran kəndində bələdiyyə torpaqlarında başlamış, sonradan meşə fondu torpaqlarına keçmiş yanğınla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-in Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, nazirliyin 20 nəfərlik heyəti də bu gün Lerik rayonuna yola düşüb.

Hadisə yerinə cəlb olunmuş nazirliyin 150-dək əməkdaşı Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə əsasən üç istiqamətdə baş vermiş yanğının artıq lokallaşdırılmasına nail olub. ETSN-in əməkdaşları közərtilərin tam söndürülməsi istiqamətində tədbirləri davam etdirir. Qeyd edək ki, bu tədbirlər ona görə aparılır ki, külək yenidən alovlanmaya səbəb ola bilər.

Nazirlik bildirir ki, yanğın Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23 A, Hirkan Milli Parkının Haftoni meşəbəyiliyinin 21-ci dolaylarında və Hirkan Milli Parkının Şirtük adlanan ərazisində qeydə alınıb.

Hazırda közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam edir.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq ərazidə, meşə zolağında 30 ha sahədə yanğın hadisəsi baş verib. Yanğının söndürülməsinə FHN-nin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib. Eləcə də yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali iştirak edir. Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.

Qeyd edək ki, Lerikdə meşə zolağında davam edən yanğın hələ iyulun 21-də axşam saatlarında başlayıb. Daha əvvəl verilən məlumata görə, yanğının söndürülməsinə FHN-in Aviasiya Dəstəsindən 2 ədəd helekopter, 1 ədəd yanğınsöndürmə təyyarəsi, yanğın texnikası və şəxsi heyət cəlb edilib. Eləcədə yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti