...

Respublika əhəmiyyətli magistrallardan birində növbəti yol ötürücüsünün tikintisinə başlanılıb

Cəmiyyət Materials 23 İyul 2014 13:32
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yerləşən yol qovşağı kompleksinə daxil olan növbəti yol ötürücüsünün tikintisinə başlanılıb.
Respublika əhəmiyyətli magistrallardan birində növbəti yol ötürücüsünün tikintisinə başlanılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İlkin İzzət/

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yerləşən yol qovşağı kompleksinə daxil olan növbəti yol ötürücüsünün tikintisinə başlanılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, dəmiryol xətti üzərində nəzərdə tutulan yol ötürücüsü Biləcəri qəsəbəsindən Bakı-Quba magistralına keçid məqsədilə inşa olunur.

Yol ötürücüsünün uzunluğu 31 m, eni isə 14,5 m təşkil edəcək.

Hazırda 1-ci dayağın tikintisi ilə əlaqədar svay-qazma işləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti