...

Gəncə "ASAN xidmət" mərkəzində ərazi ilk partiya təşkilatı yaradıldı (FOTO)

Cəmiyyət Materials 30 İyul 2014 10:54
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı yeni ərazi ilk partiya təşkilatlarının təsis edilməsi işini və partiya fəalları ilə mütəmadi görüşlərini uğurla davam etdirir.
Gəncə "ASAN xidmət" mərkəzində ərazi ilk partiya təşkilatı yaradıldı (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı yeni ərazi ilk partiya təşkilatlarının təsis edilməsi işini və partiya fəalları ilə mütəmadi görüşlərini uğurla davam etdirir. Gəncə "ASAN xidmət" mərkəzinin əməkdaşları və könüllülərinin iştirak etdiyi belə görüşlərin biri də bu gün şəhər təşkilatının qərargahında keçirilib.

Trend-in məlumatına görə, tədbiri YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq, partiya fəalları ilə dialoqların aparılmasının, yerlərdə görüşlərin keçirilməsinin partiya işinin yüksək səviyyədə qurulmasında, canlandırılmasında, ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Şəhər təşkilatının sədri ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, onun müdrik siyasi kursunun uğurlarından söhbət açaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaq böyük qürur və iftixardır: "Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunanların fəaliyyətinin ana xəttini ümummilli lider Heydər Əliyevin ideyaları təşkil edir. Bu ciddi vəzifənin məsuliyyətini dərindən dərk etməli, ulu öndərin ideya və tövsiyələrinə uyğun çalışmalıyıq. ASAN - Azərbaycan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin himayəsi altında yaradılıb. "ASAN xidmət" mərkəzləri vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir".

N.Həmzəyev bildirib ki, Gəncə "ASAN xidmət" mərkəzində çalışan partiya fəalları könüllülər mərkəzdə ərazi ilk partiya təşkilatının yaranması xahişi ilə şəhər partiya təşkilatına müraciət ediblər.

Çıxış edənlər YAP Gəncə şəhər təşkilatının İdeoloji şöbəsinin müdiri Hüseyn Budaqov, Gəncə "ASAN xidmət" mərkəzinin rəhbəri Elnur Rzayev, gənclərdən Ülkər Həsənova, Fərid Alməmmədov, Zeynəb Tağıyeva və başqaları ölkəmizdə gənclər siyasətinin uğurla yerinə yetirilməsindən, gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin hər bir sahədə yenilikçilik, təşəbbüskarlıq fəaliyyətindən, "ASAN xidmət" ailəsi olaraq burada yaradılmış sağlam mühitdən, qısa müddətdə kollektivin ictimaiyyət arasında böyük nüfuz qazanmasından söhbət açıblar.

Verilən təkliflər əsasında mərkəzdə ərazi ilk partiya təşkilatının yaranması qərara alınıb. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan mərkəzin rəhbəri E.Rzayev səs çoxluğu ilə təşkilatın sədri, Pərvin Quliyev isə müavin seçilib.

Yeni Azərbaycan Partiyasının sıralarında layiqli fəaliyyəti ilə təcrübə qazanan, formalaşan, ciddi və məsul vəzifəyə irəli çəkilən mərkəzin rəhbəri E.Rzayev ona göstərilən etimada görə dərin minnətdarlığını bildirib, bu etimadı layiqincə doğruldacağına, hər zaman Vətənə, xalqa sədaqətlə xidmət edəcəyinə söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti