...

Azərbaycanda rəqəmsal TV-nin əhatə dairəsi genişlənib

Cəmiyyət Materials 14 Avqust 2014 11:45 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) ölkənin rayonlarında 10 rəqəmsal siqnalötürücü aparat quraşdırıb.
Azərbaycanda rəqəmsal TV-nin əhatə dairəsi genişlənib

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) ölkənin rayonlarında 10 rəqəmsal siqnalötürücü aparat quraşdırıb. Bunu Trend-ə İB-dən deyiblər.

Siqnalötürücü aparatlar Şamaxı, Quba, Göygöl, Gədəbəy, Tovuz, Daşkəsən, İsmayıllı, Yardımlı və Qazax rayonlarının kəndlərində quraşdırılıb.

İB-dən qeyd ediblər ki, avqustun sonunadək Siyəzən, Qax, Cəlilabad və Astara rayonlarında daha 4 siqnalötürücü aparat quraşdırılacaq.

Hazırda respublika əhalisinin təqribən 98 faizi rəqəmli TV siqnalı ilə əhatə olunub. İB-nin planlarına əsasən, rəqəmsal yayım standartına tam keçid ilin sonunadək gözlənilir.

Hazırda açıq paketdə 12 telekanal mövcuddur. Rəqəmsal kontentin yayımı MPEG-4 formatında həyata keçirilir. Rəqəmsal yayıma keçmək üçün abonentlər dekoderlər əldə etməlidirlər. Daxili bazarda bu qurğuların qiyməti 25-30 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti