...

Polşada Azərbaycan bələdçi kitabı nəşr olunub

Cəmiyyət Materials 17 Sentyabr 2014 17:28 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın mədəniyyəti, incəsənəti, musiqisi, memarlığı, tarixi, eposları və mətbəxinə həsr olunmuş Azərbaycan-Polşa seriyalarında 50 adda müxtəlif kitabların nəşrləri reallaşmaqdadır.
Polşada Azərbaycan bələdçi kitabı nəşr olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın mədəniyyəti, incəsənəti, musiqisi, memarlığı, tarixi, eposları və mətbəxinə həsr olunmuş Azərbaycan-Polşa seriyalarında 50 adda müxtəlif kitabların nəşrləri reallaşmaqdadır.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar Azərbaycan bələdçi kitabı Polşadakı səfirliyimizin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində ISBN kodu ilə nəşr olunub, Polşanın ali məktəblərinə, mərkəzi kitabxanalarına, turizm şirkətlərinə və yerli ictimaiyyətə təqdim edilib.

Nəşriyyat evi Azərbaycan bələdçi kitabını Polşanın "Empik" şəbəkəsində və bir sıra başqa kitab dükanlarında satışa çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti