...

Yerevanda yüzlərlə yarmarka işçisi etiraz aksiyası keçirir

Cəmiyyət Materials 23 Sentyabr 2014 15:31 (UTC +04:00)
Yerevanın satış yarmarkalarının yüzlərlə işçisi Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirir.
Yerevanda yüzlərlə yarmarka işçisi etiraz aksiyası keçirir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Yerevanın satış yarmarkalarının yüzlərlə işçisi Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirir.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, onlar "Dövriyyə haqqında" qanuna etiraz edirlər.

Yarmarka işçilərinin fikrincə, qanun onlara da şamil olunacaq: "Qanuna əsasən, bizə 1 faiz xeyir qalır. Qanunun ləğv olunmasını tələb edirik. Hökumət bizə işləməyə imkan vermir".

Yeni qanuna əsasən, satış yarmarkalarının işçilərindən hesab-faktura tələb olunacaq ki, bu da onları qane etmir.

Baş nazir Ovik Abramyan aksiya iştirakçılarından üç nəfərlə görüşməyə razılıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti