...

İntiqam Babayev: Azərbaycanda il ərzində 50-yə yaxın müxtəlif səviyyədə beynəlxalq tədbir keçirilir

Cəmiyyət Materials 10 Oktyabr 2014 14:10 (UTC +04:00)
Azərbaycanda il ərzində 40-dan 50-dək müxtəlif səviyyədə beynəlxalq tədbir keçirilir.
İntiqam Babayev: Azərbaycanda il ərzində 50-yə yaxın müxtəlif səviyyədə beynəlxalq tədbir keçirilir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda il ərzində 40-dan 50-dək müxtəlif səviyyədə beynəlxalq tədbir keçirilir. Trend xəbər verir ki, bu barədə cümə günü Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakıda MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, idman siyasəti Azərbaycanın prioritetlərindən biridir: "Təkcə cari ilin doqquz ayı ərzində ölkədə 120 respublika miqyaslı və 32 beynəlxalq yarış keçirilib".

Nazir müavini qeyd edib ki, əgər 1992-ci ildə azərbaycanlı idmançılar beynəlxalq yarışlarda 23, 2002-ci ildə 175 medal qazanmışdılarsa, 2013-cü ildə bu göstərici 782-yə çatıb.

İ.Babayev idman sahəsində dövlət proqramlarının qəbul edilməsi və yerinə yetirilməsi haqqında da danışıb.

Komissiyanın iclası çərçivəsində elektron sənədlərlə transsərhəd informasiya mübadiləsi, volontyor fəaliyyəti, internetin tənzimlənməsinin əsasları haqqında və digər qanunların müzakirəsi keçiriləcək. Eləcə də MDB ölkələrinin mədəni irsinin qorunması haqqında Konvensiyanın layihəsi də işlənib hazırlanacaq.

İslas zamanı komissiyanın sədri Yevgeni Tarlo yenidən sədr postuna seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti