...

MDB-də fövqəladə halların kosmik monitorinqi üzrə dövlətlərarası sistem yaradılacaq

Cəmiyyət Materials 24 Oktyabr 2014 13:31 (UTC +04:00)
MDB ölkələri fövqəladə halların kosmik monitorinqi üzrə dövlətlərarası sistem və regionlararası peyk rabitəsi sistemi yaradacaqlar.
MDB-də fövqəladə halların kosmik monitorinqi üzrə dövlətlərarası sistem yaradılacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

MDB ölkələri fövqəladə halların kosmik monitorinqi üzrə dövlətlərarası sistem və regionlararası peyk rabitəsi sistemi yaradacaqlar. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə qərar MDB ölkələri icra hakimiyyəti orqanları nümayəndələrinin kosmik fəaliyyət sahəsində əməkdaşlıq məsələləri üzrə müşavirəsinin yekununda qəbul olunub.

Müşavirə iştirakçıları "Birləşmiş Kosmik Tədqiqatlar İnstitutu" beynəlxalq hökumətlərarası elmi-tədqiqat təşkilatının və MDB ölkələrinin kənd təsərrüfatı təyinatlı torpaqların birəşmiş peyk monitorinqi sistemini yaratmaq barədə razılığa gəliblər.

MDB ölkələri icra hakimiyyəti orqanları nümayəndələrinin kosmik fəaliyyət sahəsində əməkdaşlıq məsələləri üzrə növbəti müşavirəsi gələn il Minskdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti