...

Azərbaycanın səhiyyə sistemində yeni meyarlar tətbiq ediləcək

Cəmiyyət Materials 26 Oktyabr 2014 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Azərbaycan Nazirlər Kabineti "Diridoğulmanın beynəlxalq meyarları"nın tətbiq edilməsi haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, qərara alınıb ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün səhiyyə müəssisələrində 2015-ci il yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi "Diridoğulmanın beynəlxalq meyarları" tətbiq edilsin.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti