...

Akif Əlizadə Berlində Azərbaycan diasporu ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2014 16:48 (UTC +04:00)
Milli Elmlər Akademiyasının nümayəndələri Berlində Azərbaycan diasporu ilə görüşüb
Akif Əlizadə Berlində Azərbaycan diasporu ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Berlində səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi etdiyi nümayəndə heyəti Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində azərbaycanlı alim, tələbə və diasporun digər təmsilçiləri ilə görüş keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə qonaqları salamlayan Mərkəzin icraçı direktoru Samira Patzer-İsmayılova AMEA-nın nümayəndə heyətinin Almaniyadakı Azərbaycan diasporuna maraq göstərməsinin, diasporun intellektual potensialına yüksək dəyər verməsinin sevindirici olduğunu bildirib.

Tədbirdə çıxış edən akademik A.Əlizadə isə Azərbaycan elminin bugünkü durumu, AMEA-nın strukturu, gördüyü işlər, yeni araşdırma, tədqiqat sahələri və gələcək planlar barədə iştirakçılara məlumat verib. O, eyni zamanda, elm və təhsilin vəhdətindən danışaraq, Almaniyada yaşayan azərbaycanlı alimlərin və təhsil almaqda olan tələbə-doktorantların Milli Elmlər Akademiyası ilə gələcəkdə daha sıx əməkdaşlıq etməsinin vacib əhəmiyyət daşıdığını vurğulayıb.

AMEA prezidenti çıxışından sonra iştirakçıları maraqlandıran və narahat edən bir sıra sualları cavablandırıb. Canlı diskussiya şəraitində keçən görüşdə tələbə və doktorantlar öz təcrübəsini və gələcək fəaliyyətlərinə dair planlarını paylaşıblar.

Qeyd edək ki, Almaniya səfəri çərçivəsində AMEA nümayəndə heyəti Azərbaycan səfirliyində də Almaniyada yaşayan Azərbaycan mənşəli alimlərlə görüşərək "Azərbaycan-Almaniya ikitərəfli münasibətlərdə elmin yeri və rolu" mövzusunda müzakirələr aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti