...

Dövlət Xidmətində informasiya azadlığı ilə bağlı yeni qaydalar

Cəmiyyət Materials 5 Noyabr 2014 15:14 (UTC +04:00)
SHXÇDX-də “İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları” təsdiq edilib
Dövlət Xidmətində informasiya azadlığı ilə bağlı yeni qaydalar

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.1-ci və 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində "İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları" təsdiq edilib.

Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət üzrə müvafiq əmrlə təsdiq edilmiş qaydalarda sorğu ilə müraciət etmiş şəxsin məlumatları əldə etmək hüquqları, informasiya azadlığının təmin edilməsinin təşkili, informasiya əldə etmə haqqında sorğunun formaları, informasiya azadlığı üzrə məsul şəxsin sorğu edilən informasiyanı verməsi qaydaları, informasiya sorğusunun icra müddəti və digər məsələlər əksini tapıb.

Bundan başqa, əmrə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən olunub. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti kapitan Nurəddin Heydərov informasiya azadlığı üzrə məsul şəxs təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti