...

Azərbaycanda yaxın üç günün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 6 Noyabr 2014 12:45 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanda yaxın üç günün hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Yaxın 2-3 gün ərzində Azərbaycanda hava mülayim, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman gözlənilir. Səhər şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, Lənkəran-Astara zonasında çiskin olacaq. Qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isi, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti