...

Azərbaycanda yarım milyon manatlıq dələduzluq edənin məhkəməsi başladı

Cəmiyyət Materials 24 Noyabr 2014 12:50 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirməkdə təqsirli bilinən Kənan Muxtarovun cinayət işi üzrə məhkəmə başlayıb.
Azərbaycanda yarım milyon manatlıq dələduzluq edənin məhkəməsi başladı

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirməkdə təqsirli bilinən Kənan Muxtarovun cinayət işi üzrə məhkəmə başlayıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra prosesdə ifadə verən Kənan Muxtarov özünü qismən təqsirli bilib.

Məhkəmə dekabrın 1-də davam etdiriləcək.

Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Kənan Muxtarovun yol verdiyi qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı Kənan Muxtarovun "Azərbaycan Lizinq Şirkəti" MMC-yə məxsus istilik sistemlərinin ayrı-ayrı şəxslərə satılmasına dair saxta alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsinə nail olmaqla ümumilikdə 356 min manat məbləğində külli miqdarda özgə əmlakını, həmçinin MMC-yə məxsus 13 min manat dəyərində istilik avadanlığını aldatma yolu ilə ələ keçirməklə Cəmiyyətə külli miqdarda ziyan vurub.

Kənan Muxtarov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti