...

Baş prokurorun qəbuluna yazılmaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 1 Dekabr 2014 15:33 (UTC +04:00)
Baş Prokuror Zakir Qaralov Abşeronda Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayon sakinlərini qəbul edəcək.
Baş prokurorun qəbuluna yazılmaq istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlkin İzzət/

Baş prokuror Zakir Qaralov Abşeronda Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayon sakinlərini qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş prokuror Zakir Qaralov cari il dekabrın 5-də saat 10:00-da Abşeron rayon Prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonları sakinlərinin qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xırdalan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti