...

Mədəniyyət və Turizm Nazirliyində yeni qurum yaradılır

Cəmiyyət Materials 2 Dekabr 2014 13:29 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində yaxın zamanlarda müəyyən islahatların aparılması nəzərdə tutulur.
Mədəniyyət və Turizm Nazirliyində yeni qurum yaradılır

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində yaxın zamanlarda müəyyən islahatların aparılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Ə.Qarayevin sözlərinə görə, nazirliyin daxilində tarixi abidələrlə bağlı xüsusi qurumun yaradılması planlaşdırılır: "Bununla yanaşı, nazirlikdə informasiya şöbəsinin də yaradılması nəzərdə tutulur. Bu gün biz öz işlərimizi təbliğ edə bilmirik. Bu işdə KİV nümayəndələri də iştirak etməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti