...

Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı hazırlıqlara başlanılıb

Cəmiyyət Materials 2 Dekabr 2014 14:23 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi bu gündən Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı hazırlıqlara başlayır.
Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı hazırlıqlara başlanılıb

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi bu gündən Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı hazırlıqlara başlayır. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gələn il mayın 20-21-də keçiriləcək.

Bu forumun iki ildən bir keçirildiyini xatırladan Ә.Qarayev deyib ki, forumun keçirilməsi Azərbaycanın beynəlxalq sahədə imicinin formalaşdırılmasına müsbət təsir göstərib: "Bu öz-özlüyündə cənab Prezidentin apardığı siyasətin nəticəsidir. Real olaraq bütün dünyanın diqqəti Azərbaycana yönəlir".

Nazir qeyd edib ki, Azərbaycan bu gün həm də humanitar sahədə inkişaf edən ölkə kimi tanıdılmalıdır.

Forumla bağlı bir neçə ölkədə təqdimatların keçirildiyini deyən Ә.Qarayev bildirib ki, yaxın zamanlarda ABŞ-da da ilk belə təqdimatın keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti