...

Gəncə Avtomobil zavodunun yenidən fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2014 10:59 (UTC +04:00)
Bu gün Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində müəssisənin yenidən fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə tədbir keçirilib. Bu barədə Trend-əzavodun mətbuat xidmətindən məlumat verilib.
Gəncə Avtomobil zavodunun yenidən fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində müəssisənin yenidən fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə tədbir keçirilib. Bu barədə Trend-əzavodun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə tədbirdə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının Sədri, Millət vəkili Xanlar Fətiyev, Gəncə şəhər İcra hakimiyyəti Başçısı Elmar Vəliyev, Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə acan Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının Sədri, Millət vəkili Xanlar Fətiyev əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan zavodun sonradan cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yenidən fəaliyyətə başladığı 2004-cü ili yada saldı.

X.Fətiyev qeyd etdi ki, 10 il bundan öncə ölkə başçisinin qayğı və dayağını hiss edən zəhmətkeş işçilərimizn gərgin əməyi səyəsində bu gün Gəncə Avtomobil Zavodu iqtisadi və maliyyə göstəricilərinə görə respublikamızda öndə gedən müəssisələrdəndir.
"Cənab prezident İlham Əliyevin diqqət və qayğısını üzərimizdə hiss edərək müəssisədə istehsal sahələrini genişləndirdik. Əgər 2004-cü ildə 80 işçi ilə işə başlamışdıqsa bu gün onların sayı 500-dən çoxdur. Burada bizim müəssisənin əmək fəaliyyətini əks etdirən canlı stendlər var. OKA, UAZ, CAN QAN, Belarus traktorları və MAZ-lar. Cənab prezidentin bizim müəssisəmizə və işçilərimizə verdiyi müsbət qiymət bu çətinlikləri aşaraq kiçikdən böyüyə doğru addim addim irəliləməyə imkan verdi. Biz bundan sonra da Azərbaycan maşınqayırma sənayesinə öz töhvələrimiz verməkdə davam edəcəyik. Cənab Prezidentə müəssisəmizə verdiyi yüksək qiymətə və fəxri adlara görə minnətdarlığımızı bildiririk" deyə Xanla Fətiyev vurğuladı.
Sonra təbrik üçün söz Gəncə şəhər icra hakimiyyətinin başçısı cənab Elmar Vəliyevə verildi. Şəhər rəhbəri öz növbəsində Gəncə Avtomobil Zavodu İstehsalat Birliyini müəssisənin yenidən fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə təbrik etdi və uğurlar arzuladı. Elmar Vəliyev əlavə etdi ki, onun hər dəfə müəssisəyə gəlişi zamanı yeniliklərlə qarşılaşır. Gəncə Avtomobil Zavodunun günü gündən inkişaf etdiyini və istehsal sahələrini gemişləndirdiyini vurğulayan icra başçısı ölkə başçısı İlham Əliyevin Gəncə və gəncəlilərə qayğısını xüsusi vurğulayaraq Azərbaycanın hər bir şəhər və rayonlarında, hətta ucqar kəndlərində belə vətəndaşların maddi rifahının və yaşayış şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlərin görüldüyunu qeyd etdi.

"Gəncə Avtomobil Zavodu inkişaf tempi ilə irəliləyir. Bu müəssisədə umumidaxili məhsulun həcmi hər il artır. Bu da siz zəhmətkeşlərin gərgin əməyinin nəticəsidir. Mən ümid edirəm ki, növbəti illərdə də müəssisə bu inkişaf tempini saxlayacaq və böyük nailiyyətlər qazanacaqdır" deyə Gəncə şəhər icra hakimiyyətinin başçısı cənab Elmar Vəliyev qeyd edib.

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bu günə qədər uğurlu fəaliyyəti ilə seçilən "Gəncə avtomobil zavodu" İB-ni, onun rəhbərliyini, bütün kollektivi 10 illik münasibəti ilə təbrik edib, gələcək işlərində uğurlar arzulab. Səfir qeyd edib ki, Gəncə və Minsk Avtomobil və traktor zavodları arasında ikitərəfli əməkdaşlıq Azərbaycan-Belarus ölkələri və dövlət başçıları arasında olan səmimi münasibətlərin təzahürüdür. Çıxışından sonra Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Belarus Parlamentinin xüsusi diplomunu və medalı Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının Sədri, Millət vəkili Xanlar Fətiyevə təqdim etdi.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təltif olunan zavodun işçiləri Məmmədov Həmzə Hüseyn oğlu, Məmmədov Vahid Firuddin oğlu və Muradov Zahid Bəhrəm oğluna "Tərəqqi" medalları təqdim edilib. Bununla yanaşı Fəxrəddin Muradəli oğlu Süleymanova "Əməkdar mühəndis" fəxri adının simvolu olan medal təqdim edilib. Təltif olunanlar çıxış edərək, ölkə prezidenti cıənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində müəssisənin yenidən fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə təşkil olunan yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə, Belarusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviçə, zavodun ilk direktoru Kafiz Abdullayevə, Müşahidə Şurasının üzvü Musa Abdullayevə, İstehsalat Birliyinin direktoru, "Tərəqqi" medallı Kamran Nəzərova Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının Fəxri diplomları verilib.

Tədbirin sonunda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində müəssisənin yenidən fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə təşkil olunan yığıncaq iştirakçıları adından müraciət qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti