...

Azərbaycanda yolların bağlanması ilə bağlı SMS məlumatlandırma qaydaları təsdiq edildi

Cəmiyyət Materials 9 Dekabr 2014 10:14 (UTC +04:00)
Azərbaycanda “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”ı qəbul edilib.
Azərbaycanda yolların bağlanması ilə bağlı SMS məlumatlandırma qaydaları təsdiq edildi

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda "Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"ı qəbul edilib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, Baş nazir Artur Rasi-zadənin imzaladığı qərarla təsdiq edilmiş Qaydalara əsasən, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən sellülar (mobil) telekommunikasiya operatorları vasitəsilə həyata keçirilir.

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən təmin edilir.

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən yenidən qurulma və təmir, dövlət tədbirlərinin keçirilməsi, qəzaların olması halları təşkil edir.

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər elektron formada göstərilir. Həmin məlumatlar müvafiq xidmətə abunə olmaq və ya SMS sorğu göndərməklə əldə edilir.

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər ödənişlidir. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Nəqliyyat Nazirliyi ilə sellülar (mobil) telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən edilir.

Xidmətin göstərilməsindən daxil olan vəsaitin xidmətin təşkilində iştirak edənlər arasında bölgüsü tərəflər arasında qarşılıqlı razılaşma ilə tənzimlənir. Xidmətdən əldə edilən vəsait Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hesablaşma hesabında yığılır.

Məlumatların göndərilməməsinə və ya göndərilməsindən imtina edilməsinə görə "İnzibati icraat haqqında" Qanuna və İnzibati Prosessual Məcəlləyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti