...

Təhsil Nazirliyinin keçirdiyi intellektual yarışın dördüncü finalçısı müəyyənləşib

Cəmiyyət Materials 12 Dekabr 2014 10:50 (UTC +04:00)
Təhsil Nazirliyinin təsis etdiyi “Birlik Kuboku” uğrunda breyn-rinq intellektual yarışının dördüncü finalçısı müəyyənləşib.
Təhsil Nazirliyinin keçirdiyi intellektual yarışın dördüncü finalçısı müəyyənləşib

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyinin təsis etdiyi "Birlik Kuboku" uğrunda breyn-rinq intellektual yarışının dördüncü finalçısı müəyyənləşib. Trend nazirliyin saytina istinadən bildirir ki, son oyunda finala düşmək uğrunda 8 komanda mübarizə aparıb. İlk görüş şans oyununun qalibi "Fortuna" ilə "Ağdaş" komandaları arasında keçirilib. "Fortuna"ya üstün gələn "Ağdaş" daha sonra "Allians"ı da üstələyib.

Üçüncü görüşdə "Ağdaş" "Aypara" ilə qarşılaşıb. "Aypara" rəqibinin qələbə seriyasına son qoyub.

Dördüncü görüşdə "Aypara" "NORM Sement" komandasını qəbul edib və onu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Ancaq "Aypara" "Sumqayıt" komandasına üstün gələ bilməyib.

Altıncı görüşdə sumqayıtlılar "Bakı Ali Neft Məktəbi" ilə qarşılaşıb. Qeyd edək ki, bu komandaların əvvəlki oyunlardakı qarşılaşmasında "Bakı Ali Neft Məktəbi" qalib gəlmişdi. Bu görüşdə isə "Sumqayıt" komandası əvvəlki məğlubiyyətin əvəzini çıxıb.

Növbəti-yeddinci görüşdə "Sumqayıt" "Azərbaycan klubu" komandası ilə oynayıb. Oyun sonuncunun qələbəsi ilə başa çatıb. Beləliklə, "Azərbaycan klubu" komandası böyük finala vəsiqə alıb.

"Bilik kuboku" uğrunda breyn-rinq intellektual yarışının final oyunu dekabrda keçiriləcək. Bu oyunda sentyabrın qalibi "Kapital bank", oktyabrın qalibi "Nar Mobile", noyabrın qalibi "Romantik" və xüsusi seçim oyunu ilə seçilmiş "Azərbaycan klubu" komandaları qarşılaşacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti