...

Azərbaycanda kimsəsizlər üçün sosial evlər tikilir

Cəmiyyət Materials 24 Dekabr 2014 15:15 (UTC +04:00)
Kimsəsiz yeniyetmələr üçün sosial evlər tikilir. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycanda kimsəsizlər üçün sosial evlər tikilir

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İlkin İzzət/

Kimsəsiz yeniyetmələr üçün sosial evlər tikilir. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, internat məktəblərini bitirən kimsəsiz yeniyetmələrin mənzil təminatı ilə bağlı binaların tikilməsi məsələsi Nazirlər Kabineti tərəfindən həll edilir: "Artıq həmin binalardan birinin tikintisi yekunlaşmaq üzrədir. Mövcud qanunvericiliyə uyğun olaraq, həmin binaların yerləşdiyi ərazi üzrə rayon və şəhər icra hakimiyyətlərinin balansına verilməsi gözlənilir. Çünki onlar normal sosial evlərdir. İnsanlar onlardan öz mənzilləri kimi istifadə edəcəklər. Sadəcə, həmin insanlar o mənzillərə mülkiyyət hüququna, onları satmaq və ya bağışlamaq hüququna malik olmayacaqlar".

Nazir qeyd edib ki, bundan əlavə, daha iki binanın da tikilməsi planlaşdırılır: "Ümumilikdə 360 nəfərlik məkanın yaradılması nəzərdə tutulur. Bu, hər il həmin katerqoriyaya aid orta təhsilini başa vuran və özünə yaşayış yeri tapa bilməyən insanların məskunlaşması üçün kifayət edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti