...

Ağstafa rayon Poylu kənd 1 saylı körpələr evi-uşaq bağçası istifadəyə verildi

Cəmiyyət Materials 25 Dekabr 2014 11:39 (UTC +04:00)
Ağstafa rayonunun Poylu kənd 1 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir və yenidən qurmadan sonra istidadəyə verilib.
Ağstafa rayon Poylu kənd 1 saylı körpələr evi-uşaq bağçası istifadəyə verildi

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Ağstafa rayonunun Poylu kənd 1 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir və yenidən qurmadan sonra istidadəyə verilib. Açılış münasibəti ilə təşkil edilən tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq bu münasibətlə kənd sakinlərini təbrik etdi. Məhərrəm Quliyev bildirdi ki, rayonda 34 məktəbəqədər uşaq müəssisəsi fəaliyyət göstərir. Həmin uşaq müəssisələrində 1425 nəfər uşağın təlim-tərbiyəsi ilə 170 nəfər tərbiyəçi-müəllim məşğul olur. Bu məktəbəqədər tərbiyə müəssisələrindən 5-i şəhərdə, 29-u isə kəndlərdədir. Şəhərdə mövcud olan 5 bağçadan 2-si yeni tikilmiş, 2-si əsaslı təmir olunmuş, 5 saylı şəhər və Dağ Kəsəmən kənd 1 saylı körpələr evi-uşaq bağçalarının tikinti işləri sürətlə davam etdirilir. Qeyd olundu ki, məktəbəqədər təhsil ictimai-siyasi tərbiyə təhsil sisteminin ilk pilləsidir. O, ailə ilə sıx əməkdaşlıq şəraitində məktəbəqədər yaşlı uşaqların milli ruhda tərbiyəsini, məktəbə hazırlanmasını, ictimai-faydalı əməkdə iştirakını təmin edir. Azərbaycan Respublikasında cəmiyyətin bütün sahələrində olduğu kimi, məktəbəqədər təhsil sahəsində də məqsədyönlü islahatlar həyata keçirilir.

Sonra çıxış edən kənd sakinləri onlara göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və kənd ağsaqqalı Valeh Yaqubov uşaq bağçasının açılışını ifadə edən rəmzi lenti kəsdilər. Tədbir iştirakçıları bağçada yaradılan yüksək şəraitlə yaxından tanış oldular.
Tədbirin sonunda uşaqlar ilə xatirə şəkili çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti