...

Azərbaycanda xəbər saytlarının monitorinqinə başlanıb

Cəmiyyət Materials 7 Yanvar 2015 17:20 (UTC +04:00)
Dilçilik İnstitutu ölkədə fəaliyyət göstərən xəbər saytlarında ədəbi dilin işlənmə vəziyyətini araşdırmaq üçün monitorinqlərə başlayıb.
Azərbaycanda xəbər saytlarının monitorinqinə başlanıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ölkədə fəaliyyət göstərən xəbər saytlarında ədəbi dilin işlənmə vəziyyətini araşdırmaq üçün monitorinqlərə başlayıb. Bunu Trend-ə Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, monitorinqə 15 xəbər saytı cəlb edilib. Monitorinqin nəticələrini fevralın sonu - martın I ongünlüyündə açıqlamaq nəzərdə tutulur. Sonrakı mərhələdə monitorinqlər digər təyinatlı saytlar üzərində davam etdiriləcək.

Q.Məhərrəmli bildirib ki, hazırda Bakı şəhərinin Nəsimi, Səbail və Nərimanov rayonlarında küçə reklamları və adları, lövhələr, afişalarla bağlı monitorinqlər aparılır. Artıq Nəsimi rayonunda bu işlər sona çatdırılıb. Növbəti monitorinqlər Quba rayonunda aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti