...

Polis Bakıda dilənçilik edən şəxslərə xəbərdarlıq edib

Cəmiyyət Materials 8 Yanvar 2015 12:58 (UTC +04:00)
Bakıda dilənçiliklə məşğul olduqlarına görə ümumilikdə 23 nəfər saxlanılıblar.
Polis Bakıda dilənçilik edən şəxslərə xəbərdarlıq edib

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda dilənçiliklə məşğul olduqlarına görə ümumilikdə 23 nəfər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Çevik Polis Alayı və Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən dilənçiliklə məşğul olduqlarına görə 4 nəfər, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən 3 nəfər, 20-ci Polis Bölməsi əməkdaşları tərəfindən 3 nəfər, 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən isə 13 nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti