...

Qışın sui-istifadəçiləri (ƏLAVƏ OLUNUB 2)(FOTO)

Cəmiyyət Materials 9 Yanvar 2015 09:50 (UTC +04:00)
Bakıda hökm sürən qarlı hava şəraiti daha çox yol təsərrüfatında problemlər yaradıb.
Qışın sui-istifadəçiləri (ƏLAVƏ OLUNUB 2)(FOTO)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda hökm sürən qarlı hava şəraiti daha çox yol təsərrüfatında problemlər yaradıb.

Oxucular Trend-ə bildiriblər ki, paytaxtın ictimai nəqliyyatında ciddi problemlər müşahidə olunur. Bəzi istiqamətlərə, o cümlədən Yasamal yaşayış massivinə marşrut avtobusları demək olar ki, işləmir.

Şahidlərin sözlərinə görə, bu vəziyyətdən sui-istifadə edən taksi sürücüləri isə qiymətləri həddindən artıq dərəcədə qaldırıblar.

"Bakı Metropoliteni" QSC-nin əvvəlcədən xəbər verdiyi kimi, metro gücləndirilmiş iş rejimində işləyir. Qatarların hərəkətində problem müşahidə edilmir.

Paytaxt sakinlərinin Trend-ə bildirdiklərinə görə, qarlı hava şəraiti uşaq bağçalarının da işinə təsir edib. Belə ki, uşaqların davamiyyəti kəskin şəkildə aşağı düşüb. Bağçalara gələn az sayda uşaqların orada qalmasına görə isə direktorlar və müəllimlər valideynlərə narazılıq bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti