...

Fransadakı Azərbaycan diasporunun bəyanatı

Cəmiyyət Materials 12 Yanvar 2015 11:39 (UTC +04:00)
Fransadakı Azərbaycan icması Parisdəki terror aktı ilə bağlı bəyanat yayıb.
Fransadakı Azərbaycan diasporunun bəyanatı

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlkin İzzət/

Fransadakı Azərbaycan icması Parisdəki terror aktı ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fransadakı Azərbaycan diasporu "Çarli Hebdo" jurnalının redaksiyasına edilmiş terror aktını pisləyən bəyanatla çıxış edib.

Paris Azərbaycan Evinin yaydığı bəyanatda bildirilir ki, Fransadakı Azərbaycan icması 2015-ci il yanvarın 7-də "Çarli Hebdo" (Charlie Hebdo) satirik jurnalının əməkdaşlarına qarşı törədilmiş terror aktını pisləyir və bu hərəkəti insanlığa zidd addım kimi qiymətləndirir.

Hadisə nəticəsində həlak olanların ailəsinə başsağlığı verən və onların ağrı-acısını bölüşdüyünü bildirən bəyanat müəllifləri eyni zamanda, insanların dini inanclarına hörmətlə yanaşmağa, tolerantlıq nümayiş etdirməyə və terrora, aqressiyaya qarşı mübarizədə birləşməyə çağırır. Bəyanatda, həmçinin Azərbaycan icması adından bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir.

Bəyanat "Çarli Hebdo" jurnalının redaksiyasına, Fransa parlamentinə, Yelisey sarayına və yerli mətbuata göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti