...

Memarlıq və İnşaat Universitetində 20 Yanvar şəhidləri anılıb (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2015 10:17 (UTC +04:00)
Yüksək ixtisaslı memar, inşaatçı mühəndislər və iqtisadçılar hazırlayan tanınmış elm və təhsil mərkəzinin professor, müəllim və tələbə heyəti 20 Yanvar şəhidlərinin xatırəsini anmaq üçün mitinq keçirtdi.
Memarlıq və İnşaat Universitetində 20 Yanvar şəhidləri anılıb (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Yüksək ixtisaslı memar, inşaatçı mühəndislər və iqtisadçılar hazırlayan tanınmış elm və təhsil mərkəzinin professor, müəllim və tələbə heyəti 20 Yanvar şəhidlərinin xatırəsini anmaq üçün mitinq keçirtdi.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, universitet üçün bu gün xalqın tarixinə yazılmış Qanlı Yanvar olmaqla yanaşı, həm də AzMİU-nin da var olma tarixinə qara hərflərlə düşüb. Çünki bu təqvimdə, 20 yanvar tarixində universitetin 4 tələbəsi öz qanları ilə Azərbaycanın müstəqilliyini tarixə yazan Azərbaycan övladları sırasındadırlar.

"20 Yanvar faciəsi nəinki Azərbaycan xalqına qarşı törədilmiş qətliam, hətta insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir". Bunu faciənin 25-ci ildönümü münasibətilə Memarlıq və İnşaat Universitetində keçirilmiş tədbirdə rektor Gülçöhrə Məmmədova deyib.

Digər çıxış edənlər də həmin dönəmlərdə xalqımızın haqsızlığa məruz qaldığını vurğulayaraq, o illəri bir daha yada salıblar.

"Anım tədbirinin hər il keçirilməsində məqsəd 25 il öncə baş vermiş hadisəni Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə çatdırmaq, baş vermiş faciəyə hüquqi qiymətin verilməsini təmin etməkdə Azərbaycan xalqının gəncliyi olaraq yanında olduğumuzu sübut etməkdir. Bu hadisə gənc və gələcək nəslin beynində unudulmayan tarix kimi yazılmalıdır", - rektor G.Məmmədova mitinqi bu sözlərlə bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti