...

Təhsil Nazirliyinə zəng edənlərin sayı 7 dəfəyədək artıb

Cəmiyyət Materials 3 Fevral 2015 10:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-cü ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Telefon Məlumat Mərkəzinə 4381 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 dəfə çox, 2014-cü il ilə müqayisədə isə 1,8 dəfə çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4214 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 545 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1300 sənəd (440 ərizə, 691 məktub, 169 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məsələlər əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti